...

Ermənistan prezidenti Spitak zəlzələsində göstərilmiş yardıma görə Türkiyə xalqına minnətdardır

Dünya xəbərləri Materials 25 Dekabr 2008 18:34 (UTC +04:00)

Türkiyə, Ankara, 25 dekabr/ Trend müxbir A.Ələsgərov/ Ermənistan prezidenti Serj Sərkisyan türkiyəli həmkarı Abdullah Gülə təşəkkür məktubu göndərib. Burada o, Ermənistanın Spitak şəhərində baş vermiş zəlzələdən sonra Türkiyənin göstərdiyi yardıma görə minnətdarlığını ifadə edib.

"Star" qəzeti məlumat verir ki, Sərkisyan məktubda yardıma görə təşəkkürünü bildirir və qeyd edir ki, "humanitar yardımın göstərilməsi daim yaddaşlarda qalacaq, dünyanı işıqlandıracaq və xoşməramlılığı möhkəmləndirəcək".

Ermənistanın Spitak şəhərində zəlzələ 1988 - ci ilin dekabrında baş verib. O zaman təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək üçün Bakıdan fəlakət zonasına təcili yola düşən azərbaycanlılardan ibarət böyük qrup aviaqəza nəticəsində həlak olmuşdu.

Ermənistanın hava məkanında Azərbaycan təyyarəsinin qəza səbəbləri bu günədək aydınlaşdırılmayıb.

Xəbər lenti

Xəbər lenti