...

Qəzzada hərbi əməliyyatlar dərhal dayandırılmalıdır - Türkiyənin baş naziri

Dünya xəbərləri Materials 2 Yanvar 2009 02:18 (UTC +04:00)
Qəzzada hərbi əməliyyatlar dərhal dayandırılmalıdır - Türkiyənin baş naziri

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Misir prezidenti Hüsni Mübarəklə Şarm-aş-Şeyx şəhərində keçirdiyi görüşdə Qəzza zolağında hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb. Bu barədə MENA agentliyi xəbər verib.

Baş nazir bildirib ki, "hərbi əməliyyatlar dərhal dayandırılmalı, əhaliyə humanitar yardım göstərilməli, 2008-ci il iyun razılıqlarına uyğun olaraq Qəzza zolağının blokadası aradan qaldırılmalıdır".

Ərdoğan regiona səfərə çıxıb və artıq Suriya və İordaniyada olub. RİA Novostinin yazdığına görə, Türkiyənin baş nazirinin səfərinin əsas məqsədi İsrailin dekabrın 27-də Qəzza zolağında başladığı hərbi əməliyyatlardan sonra Yaxın Şərqdə meydana gələn böhrandan çıxış yollarını aramaqdır.

Türkiyə İsrailin bölgədə əsas müttəfiqlərindən biridir. Eyni zamanda o, Fələstin tərəfiylədə sıx əlaqələrə malikdir. Son aylar ərzində Türkiyə İsrail və Suriya arasındakı qeyri-rəsmi danışıqlarda vasitəçi qismində çıxış edib. Bazar ertəsi Türkiyənin xarici işlər naziri Əli Babacan İsrailin Qəzza zolağına təcavüzü nəticəsində bu danışıqların davam etdirilməyəcəyindən ehtiyatlandığını bildirib.

Ərdoğanın səfərinin son mərhələsi isə Səudiyyə Ərəbistanı olacaq. Baş nazir bura şənbə günü gələcək.

Xəbər lenti

Xəbər lenti