...

Əfqanıstanın Ğəzni vilayətində 4 Taliban döyüşçüsü qətlə yetirilib və yaralanıb

Dünya xəbərləri Materials 3 Yanvar 2009 13:46 (UTC +04:00)

Əfqanıstan, Kabil, 03 yanvar/" Trend ", müxbir A. Hakimi/ Taliban döyüşçülərinin Əfqanıstanın Ğəzni vilayətinin təhlükəsizlik postuna hücumu nəticəsində bir nəfər qətlə yetirilib, üç nəfər yaralanıb.

Ğəzni Qubernatorluğunun sözcüsü Seyid İsmayıl Cahangirin Trend -a bildirdiyinə görə, taliblər Ğəzni vilayətinin Qarabağ rayonunda yerləşən Əsgər Kut Volsvali regional təhlükəsizlik postuna hücum ediblər. Polis qüvvələri ilə Əfqanıstan dövlətinə müxalif qüvvələrin yarım saatlıq qarşıdurmasından sonra bir taliban döyüşçüsü qətlə yetirilib, daha üç nəfər  yaralanıb.

O əlavə edib ki, hökumət qüvvələri arasında tələfat yoxdur.

Taliblər indiyədək bununla bağlı bəyanat yaymayıblar.

Xəbər lenti

Xəbər lenti