...

Qəzzə hücumu lazım olduğu qədər genişləndiriləcək – İsrailin müdafiə naziri

Dünya xəbərləri Materials 4 Yanvar 2009 14:52 (UTC +04:00)
Qəzzə hücumu lazım olduğu qədər genişləndiriləcək – İsrailin müdafiə naziri

İsrailin müdafiə naziri Ehud Barak İsrail ordusunun Qəzzə hücumunu lazım olduğu qədər genişləndirəcəyini bildirib. Bu barədə Frans Press agentliyi məlumat verib.

"İsrail Qəzzə zolağında Həmas əleyhinə hərbi əməliyyatları lazım olduğu qədər genişləndirəcək", - deyə Barak bildirib. Nazir eyni zamanda keçirilən hərbi əməliyyatların asan və sadə olmayacağını da vurğulayıb.

Dekabrın 27-də  günorta satlarından başlayaraq, İsrailin Hərbi Hava Qüvvələri Qəzzə zolağını raket atəşinə tutublar. Dekarbın  19 - da  Həmas təşkilatı və Israil arasında  müvəqqəti  atəşkəsin başa  çatmasından  sonra,  Həmas dörd fələstinlinin qətlinə cavab olaraq, Israilin  Sederot va Aşkelon yaşayış məntəqələrini  raket atəşinət tutub.

Israilin keçirdiyi  hərbi  əmaliyyatlar zamanı 480 nəfər həlak olub, 2700  nəfərdən artıq insan yaralanıb.

Həmas təşkilatının Qəzzədəki matbuat xidmətindən Trend -a verilən məlumata  görə, ölən və  yaralananların əksəriyyəti qadın və uşaqlardır.

Şənbə günü axşam saatlarından etibarən İsrail hərbi qüvvələri Qəzzəyə qurudan hərbi əməliyyatlar həyata keçirməyə başlayıblar.

Xəbər lenti

Xəbər lenti