...

Gürcüstanın xarici işlər naziri martda Yaponiyaya səfər edəcək

Dünya xəbərləri Materials 13 Yanvar 2009 10:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Bu gün Gürcüstan Xarici Siyasət İdarəsində keçirilən görüşdə xarici işlər naziri Qriqola Vaşadzenin Yaponiyaya planlaşdırılan səfəri müzakirə olunub. Gürcüstan XİN-dən verilən məlumata görə, Vaşadzenin Yaponiyaya rəsmi səfəri martda reallaşdırılacaq.

Həm Gürcüstan, həm də Yaponiya tərəfi münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsinin zəruri olduğunu bəyan edirlər. 

Yaponiyanın XİN nümayəndəsi ölkəsinin Gürcüstanın ərazi bütövlüyünü tam dəstəklədiyini bildirib.

Xəbər lenti

Xəbər lenti