...

Obama xaricdə yerləşən MKİ-nin məxfi həbsxanalarının bağlanması haqda sərəncam imzalayıb

Dünya xəbərləri Materials 22 Yanvar 2009 22:20 (UTC +04:00)
Obama xaricdə yerləşən MKİ-nin məxfi həbsxanalarının bağlanması haqda sərəncam imzalayıb

ABŞ prezidenti Barak Obama cümə axşamı terrorçuluqda şübhəli bilinən şəxslərin saxlandığı MKİ-nin xaricdə yerləşən məxfi həbsxanalarının bağlanması haqda sərəncam imzalayıb. Bu barədə dövlət başçısı administrasiyasının nümayəndəsinə istinadən AFP agentliyi xəbər verir.

Onun sözlərinə əsasən, Barak Obamanın sərəncamı "MKİ-nin mümkün qədər qısa zaman kəsiyində bütün mövcud təcrid müəssisələrini qapaması və gələcəkdə onlara malik olmaması anlamına gəlir", RİA Novosti agentliyi yazır.

Daha öncə Obama terrorizmdə şübhəli bilinənlər üçün Kubada yerləşən Quantanamo həbsxanasının bağlanması haqqında sərəncam imzalamışdı. Bu sənəd həmçinin məhbuslara istintaq zamanı "sərt" üsulların tətbiqinə qadağa qoyur.

Xəbər lenti

Xəbər lenti