...

Qırğızıstanda Hökumət Aparatının rəhbəri və təhsil naziri vəzifəsindən azad edilib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 23 Yanvar 2009 13:48 (UTC +04:00)

Qırğızıstan prezidenti Kurmanbek Bakiyev bu gün İsmayılov Murat Amanoviçin digər işə keçməsi ilə əlaqədar Qırğızıstan Respublikası Hökumət Aparatının rəhbəri vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb. Bu barədə dövlət başçısının mətbuat xidməti xəbər verib, - AKİpress yazır.

Dövlət başçısının digər fərmanı ilə Bolcurova İşenkül Sadıkovna digər işə keçməsi ilə əlaqədar Qırğızıstan Respublikası təhsil və elm naziri vəzifəsindən azad edilib.

Bundan başqa, Prezident Administrasiyası rəhbərinin müavini D.Esenəliyev, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri İ.Rıskulov, Təşkilati iş və dövlət idarəçiliyi siyasəti şöbəsinin müdiri K.Joroyev, Oş şəhərinin meri J.İsakov da vəzifəsindən azad edilib.

Xəbər lenti

Xəbər lenti