...

Avropa "Nabukko"nu çəkməklə Rusiyadan asılılığa son qoyacaq – Gürcüstanın xarici işlər naziri

Dünya xəbərləri Materials 26 Yanvar 2009 14:30 (UTC +04:00)
Avropa "Nabukko"nu çəkməklə Rusiyadan asılılığa son qoyacaq – Gürcüstanın xarici işlər naziri

Gürcüstan, Tbilisi, 26 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ "Nabukko" qaz kəmərinin çəkilməsindən sonra Avropa Rusiyadan asılı olmayacaq, - Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bazar ertəsi brifinqdə bildirib.

Onun sözlərinə görə, "Nabukko" böyük əhəmiyyətə malik iqtisadi layihədir.

"Bu il enerji məsələləri üzrə Rusiya-Ukrayna qarşıdurması ilə başlayıb. Rusiya enerji daşıyıcılarından şantaj vasitəsi kimi istifadə etməyə bir daha cəhd göstərdi. Moskva istəyir ki, "Nabukko" layihəsi siyasi məna alsın. Layihə isə iqtisadi əhəmiyyət kəsb edir və onun həyata keçirilməsi ilə Avropa Rusiyadan asılı olmayacaq", - Vaşadze vurğulayıb.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2010-cu ilə təyin edilib. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək. Kreditorların üçdə biri Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq maliyyə institutları, qalan hissə - ixrac kredit agentlikləri və kommersiya bankları tərəfindən maliyyələşdiriləcək.

Xəbər lenti

Xəbər lenti