...

Səudiyyə Ərəbistanı Astanada səfirlik üçün yeni bina tikəcək

Dünya xəbərləri Materials 3 Fevral 2009 11:18 (UTC +04:00)

Qazaxıstan, Astana, 03 fevral / Trend , müxbir K. Konırova/ Qazaxıstan və Səudiyyə Ərəbistanı hökumətləri arasında Astanada səfirlik üçün obyektlərin tikilməsi məqsədilə torpaq sahəsinin ayrılması haqqında saziş imzalanacaq. Bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

"Fevralın 4-də Astanada Qazaxıstan və Səudiyyə Ərəbistanı Krallığı hökumətləri arasında sazişin imzalanma mərasimi keçiriləcək. Sənədi Qazaxıstan tərəfindən xarici işlər nazirinin müavini Nurlan Yermekbayev, Səudiyyə Ərəbistanı tərəfindən isə bu ölkənin Qazaxıstandakı səfiri Hişam Zaraa imzalayacq", - deyə XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, Səudiyyə Ərəbistanının Qazaxıstandakı səfirliyi 1997-ci ilin martından fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti