...

Mahmud Abbasla Abdulla Gül arasında görüş keçirilib

Dünya xəbərləri Materials 8 Fevral 2009 10:11 (UTC +04:00)
Mahmud Abbasla Abdulla Gül arasında görüş keçirilib

Şənbə günü Ankarada Fələstin muxtariyyatının rəhbəri Mahmud Abbasla Türkiyə prezidenti Abdulla Gül arasında görüş keçirilib.

dpa agentliyinin məlumatına görə, görüşdən sonra çıxış edən Mahmud Abbas Qəzzada zərərçəkənlə tezliklə yardımın ayrılmasının vacibliyini vurğulayıb. O həmçinin İsraili bölgəyə göndərilən humanitar yardımın böyük hissəsinin gecikdirilməsində günahlandırıb.

Öz növbəsində Gül qeyd edib ki, hazırda ən önəmli məsələ İsrailin Qəzzaya ünvanlanan yardımın buraxılmasına icazə verməsidir.

Xəbər lenti

Xəbər lenti