...

Bu gün Almatıda "2011-ci il VII Qış Asiya Oyunlarına iki il qalıb" mövzusunda mətbuat konfransı keçiriləcək

Dünya xəbərləri Materials 18 Fevral 2009 11:57 (UTC +04:00)

Qazaxıstan, Almatı, 18 fevral/ Trend , müxbir R.Məşədihəsənli/ Bu gün Almatıda Ankara mehmanxanasının Astana-2 zalında "2011-ci il VII Qış Asiya Oyunlarına iki il qalıb" mövzusunda mətbuat konfransı keçiriləcək. Konfransda Almatı şəhərinin akima müavini Viktor Doljenkov, Qazaxıstan Respublikasının Milli Olimpiya Komitəsinin vitse-prezidenti Pavel Novikov, "2011-ci il VII Qış Asiya Oyunları Təşkilati Komitəsinin İcra Direksiyası" SC-nin prezidenti Andrey Kotlov, Almatı şəhərinin Turizm, Fiziki Mədəniyyət və İdman İdarəsinin müdiri Xairbolat Haydarov, Almatı şəhər 2011-ci il Qış Asiya Oyunları Direksiyasının direktoru Sultanmahmut Şokbıtov iştirak edəcək. Bu barədə Almatı Şəhər Akimasının mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətinin məlumatına görə, Asiya oyunları əhəmiyyətinə görə Olimpiya Oyunlarından sonra ikinci iri kompleks yarışdır. Qış Qitə Oyunları 1986-ci ildən keçirilir. Asiya Oyunlarının istiqamətləri və nizamlanması ilə Asiya Olimpiya Şurası məşğul olur. Qış Asiya Oyunları üç dəfə Yaponiyada (1986, 1990, 2003-cü illər), iki dəfə Çində (1996, 2007-ci illərdə) və bir dəfə Koreyada (1999-cu il ) keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti