...

"Erməni soyqırımı"nın ABŞ konqresində müzakirəsi ABŞ-Türkiyə münasibətlərinə mənfi təsir edə bilər -Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri

Dünya xəbərləri Materials 6 Mart 2009 12:52 (UTC +04:00)
"Erməni soyqırımı"nın  ABŞ konqresində müzakirəsi ABŞ-Türkiyə münasibətlərinə mənfi təsir edə bilər -Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri

Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Murad Mərcan ABŞ-da konqres nümayəndələri ilə görüşü zamanı bildirib ki, konqresdə qondarma erməni soyqırımı məsələsinin müzakirə edilməsi Anakara-Vaşinqton münasibətlərinə mənfi təsir edə bilər. Bu haqda "TRT Haber" məlumat verib.

"Qondarma erməni soyqırımı məsələsinin konqresdə müzakirəsi regionda vəziyyəti gərginləşdirə, bu isə Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan dialoquna mənfi təsir edə bilər", - deyə Mərcan bildirib.

Trend -un arayışı: Ermənistan-Türkiyə əlaqələri 1993 - cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsi olub.

Məqalə müəllifi ilə əlaqə : [email protected]

Xəbər lenti

Xəbər lenti