...

İmkan vermərik ki, keçmiş mafiozlar yenidən Gürcüstana qayıtsınlar - Mixail Saakaşvili

Dünya xəbərləri Materials 14 Mart 2009 20:47 (UTC +04:00)
İmkan vermərik ki, keçmiş mafiozlar yenidən Gürcüstana qayıtsınlar - Mixail Saakaşvili

Gürcüstan, Tbilisi, 14 mart / Trend müxbir N.Kirtsxalia/ Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, revanş götürmək istəyənlər Gürcüstana qayıdıb burada öz qaydalarını tətbiq edə bilməyəcəklər. Bunu o bu gün Kutaisidə "Gürcüstanın ikinci paytaxtı" layihəsi çərçivəsində Milli nizamlayıcı enerji komissiyasının binasının açılışı zamanı deyib.
"Bu günlərdə mən televizorda sabiq deputat Levan Pirvelini gördüm. O gürcü enerji mafiyasının "atası" idi və bütün ölkəni qaranlıqda saxlayırdı. Pirveli pullar qazanırdı, biz isə qaranlıqda otururduq. O ekrandan bizə necə yaşamağı öyrətməyə çalışırdı", - deyə prezident vurğulayıb.
Saakaşvili qeyd edib ki, heç vaxt imkan verməz ki, Gürcüstana yenidən mafiozlar qayıtsınlar və hər şeyi ələ keçirsinlər. "Bu adam Gürcüstandakı müəyyən qüvvələr vasitəsi ilə revanş götürmək istəyir. Lakin biz ona imkan vermərik ki, bunu etsin", - deyə o bildirib.
Saakaşvilinin sözlərinə görə, vaxtı ilə öz həyat yoldaşının qarşısında bir gənci öldürüb. Lakin məsuliyyətdən yayına bilib. "İndi isə o Vyanadan gürcülərə necə yaşamağı öyrədir", - deyə o vurğulayıb.
Bu günlərdə Vyanada gürcü müxalifətinin bəzi nümayəndələri ilə görüş keçirilib. Görüşü Pirveli təşkil edib. Qeyri-rəsmi məlumata görə, görüş Rusiyanın vasitəçiyi ilə təşkil olunub, məqsəd isə Saakaşvilini hakimiyyətdən devrilməsi yollarını axtarıb tapmaq idi.

Xəbər lenti

Xəbər lenti