...

Türkiyənin Mersin vilayətində hakim partiya nümayəndələrinə hücum olub

Dünya xəbərləri Materials 17 Mart 2009 17:29 (UTC +04:00)

Türkiyənin Mersin vilayətində bələdiyyə seçkiləri ilə keçirilən nümayişdə hakim Ədalət və

İnkişaf Partiyasının tərəfdarlarına hücum olub. Bu haqda Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.

Mersin bələdiyyəsinə namizəd Mustafa Eyiceoğlu və Akdeniz bələdiyyəsinə namizəd Hacı Özkan hücuma məruz qalıb.

Türkiyədə martın 29-da yerli bələdiyyə seçkilərinə start veriləcək. Seçkilərdə əsasən hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Cümhuriyyət Xalq Partiyası (CHP) arasında mübarizə gedir.

Xəbər lenti

Xəbər lenti