...

İranda prezident seçkiləri sakit şəraitdə keçəcək - İran Milli Təhlükəsizlik Nazirliyi

Dünya xəbərləri Materials 18 Mart 2009 15:34 (UTC +04:00)

İran Milli Təhlükəsizlik Nazirliyi İranda prezident seçkilərinin sakit şəraitdə keçirilməsi üçün tam hazır olduğunu bəyan edib. "İranın Milli Təhlükəsizlik Nazirliyi (İttelat) ötən illərdə olduğu kimi, iyun ayında keçiriləcək prezident seçkilərinin də demokratik, seçki kampaniyasının sakit şəraitdə keçirilməsi üçün tam şəkildə hazırdır", - deyə İranın milli təhlükəsizlik naziri Möhsini Əjeyi çərşənbə günü jurnalistlərə açıqlamasında bildirib.

O əlavə edib ki, seçki zamanı sabitliyin pozulmasına qarşı yönəlmiş hər bir addım nazirlik tərəfindən sərt reaksiya ilə qarşılanacaq.

Xəbər lenti

Xəbər lenti