...

Benyamin Netanyahu "Kadima" və "Avoda" partiyalarının liderlərini İsrail hökumətinə daxil olmağa çağırır

Dünya xəbərləri Materials 18 Mart 2009 18:35 (UTC +04:00)

"Likud" partiyasının lideri Benyamin Netanyahu "Kadima" və "Avoda" partiyalarının liderləri - Tsip Livni və Ehud Barakı İsrailin Netanyahunun başçılıq edəcəyi gələcək hökumətinə qoşulmağa dəvət edib. Bu barədə İsrailin "Qaarets" qəzeti "Likud"un rəsmi mənbələri əsasında məlumat verib. 

Bu həftə Netanyahu və Barak iki partiya arasında əməkdaşlıq haqqında razılığa gəliblər. Qəzetin verdiyi məlumata əsasən, yaxın 24 saat ərzində danışıqların davam etdirilməsinin məlum olacağı gözlənilir.

"Avoda" partiyasının Netanyahu hökumətinə qoşulacağına elə də böyük inam yoxdur, lakin "Likud"un mənbələri bildiriblər ki, "Netanyahunun çağırışı onun sağlar hökumətinin formalaşdırılmasında qətiyyətli olduğunu göstərir", - deyə "Qaarets" qəzetində bildirilib.

Lakin "Kadima" partiyasının mənbələrindən bildirilib ki, Livnilər əvvəlki kimi Netanyahunun hökumətinə qoşulmaqdan imtina edirlər.

Fevralda Knessetə seçkilər zamanı "Kadima" "Likud" partiyasını bir yerlə qabaqladı, lakin hökumətin formalaşdırılması Netanyahuya tapşırıldı.

"Likud"un lideri yeni kabinetin tərkib heyətini əvvəlcədən planlaşdırıldığı kimi aprelin 3-də deyil, gələn həftə təqdim etmək niyyətindədir.

Bazar ertəsi Netanyahu "İsrail Bizim Evimizdir" partiyasının lideri Aviqdor Libermanla koalisiya yaradılması istiqamətində razılığa gəlib. Netanyahu Baş nazir olacağı halda, Liberman İsrailin XİN-nə başçılıq edəcək.

Xəbər lenti

Xəbər lenti