...

Venesuela prezidenti İrana səfər edəcək

Dünya xəbərləri Materials 28 Mart 2009 11:10 (UTC +04:00)

Venesuela prezidenti cümə günü Qətərə səfər edib. Uqo Çavez oradan İran və Yaponiyaya da səfər edəcək. Bu haqda İran televiziyası məlumat verib.

Venesuela prezidenti bir həftəlik səfəri zamanı martın 31-də Qətərin paytaxtı Dohada keçirilən Ərəb ölkələri və Cənubi Amerikanın ikinci sammitində iştirak edəcək.

Çavez İrana müştərək bank yaratmaq təklifini edib. O bu təklifi dünya maliyyə böhranı ilə mübarizə aparmaq məqsədi ilə irəli sürüb.

Xəbər lenti

Xəbər lenti