...

İsrail Moskvada keçiriləcək konfransda iştirak edəcək

Dünya xəbərləri Materials 14 Aprel 2009 15:17 (UTC +04:00)

İsrail yaxın aylarda Moskvada keçirilməli olan Yaxın Şərqdə münaqişələrin  nizamlanması üzrə sülh konfransında iştirakla bağlı razılıq verib. Bu qərar rəsmi olaraq cümə günü İsrailin xarici işlər naziri Aviqdor Liberman ilə Rusiya Federasiyası xarici işlər naziri müavini Aleksandr Saltanovun görüşündə bəyan olunacaq. Bu barədə İsrail KİV-i yazır.

Moskvada keçiriləcək konfrans Annapolisdə baş tutan sülh prosesinin növbəti mərhələsi kimi nəzərdə tutulub. Lakin Ehud Olmert hökuməti müxtəlif bəhanələrlə onun keçirilməsinə qarşı çıxırdı. Netanyahu kabinetinin hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişib.

Təqribən bir ay öncə XİN rəhbəri Liberman "İnterfaks"a müsahibəsində bu məsələyə dair öz mövqeyini bildirib: "İsrail bu konfransda iştirak etməlidir və iştirak edəcək. İstənilən dialoq təqdirə layiqdir, xüsusilə də, "dördlük" (Rusiya, ABŞ, BMT və Avropa İttifaqı) çərçivəsində keçirilən dialoq. Biz Rusiyanı Yaxın Şərqdə olduqca vacib amil hesab edirik".

Konfransa hazırlığa dair danışıqlar zamanı İsrail bir sıra tələblər irəli sürüb və bu tələblər qəbul olunub. Belə ki, HƏMAS nümayəndələri Moskvaya gəlməyəcəklər. Konfrans zamanı nə Fələstin Muxtariyyəti, nə də Suriya ilə ikitərfli danışıqlar aparılacaq.

Yeni XİN rəhbəri Rusiya ilə münasibətləri möhkəmləndirməyə can atır, lakin Annapolisdə imzalanan sazişləri qəbul etmir. Liberman həmçinin bildirib ki, hazırkı formada aparılan danışıqlar dalana dirənib və problemin həllinə yeni yanaşma lazımdır. Netanyahu hökuməti "İki dövlət iki xalq üçün" prinsipini dəstəkləməkdən boyun qaçırır.  

Xəbər lenti

Xəbər lenti