...

Misir Livanı "Hizbullah"la əməkdaşlıqda günahlandırır

Dünya xəbərləri Materials 21 Aprel 2009 18:23 (UTC +04:00)

Misir Livanın dövlət strukturlarını "Hizbullah" üzvlərinə başqa adlarla pasport verməkdə günahlandırıb. Məlumatı İsrailin "Haarets" qəzeti yayıb.

İki həftə öncə Misir xüsusi xidmət orqanları bir qrup "Hisbullah" üzvünü Misirdə terror aktı hazırlanmasında şübhəli bilərək həbs edib.

Qəzet yazır ki, Misir hakimiyyəti qaranlıq qalan məsələlərə aydınlıq gətirməkdən ötrü Livan hakimiyyəti ilə araşdırma aparmaq niyyətindədir.

Misir hakimiyyəti bəyan edib ki, Livan dövlət strukturları "Hizbullah"ın əsas lideri olan Yusuf Mansura Sami Şihaba adı ilə pasport verib. Pasportda Livan Xarici İşlər Nazirliyinin möhürü var və sənəd Beyrutdakı Misir səfirliyi tərəfindən təsdiq edilib.

Misir mənbələrinin verdiyi məlumata əsasən, Livan hakimiyyətinin yüksək orqanları "Hizbullah"la sənədlərin hazırlanmasında əməkdaşlıq edib və pasportlar rəsmi strukturlar tərəfindən təsdiq edilib.

"Əl-Hayt" ərəb qəzetinin verdiyi məlumata görə, bazar günü Misir prokuroru Mansura ölüm hökmünün verilməsini tələb edib.

Misir qanunlarına əsasən, casusluqda ittiham edilən Mansur ölüm və ya ömürlük həbs cəzasına məhkum edilə bilər.

Xəbər lenti

Xəbər lenti