...

Türkiyə Prezidenti Suriyaya səfər edəcək

Dünya xəbərləri Materials 1 May 2009 15:09 (UTC +04:00)

"Türkiyə Prezidenti Abdullah Gül mayın ortalarında, Türkiyə hökumətinin yüksək vəzifəli məmurları ilə birlikdə Suriyaya rəsmi səfərə yola düşəcək", - "Əş-Şark Əl-Ausat" saytı xəbər verir.

Səfər zamanı əsas müzakirə mövzusu iki ölkənin regional təhlükəsizlik problemlərin həllində birgə əməkdaşlığı və yaxın Şərq sülh prosesinin irəlilədilməsi olacaq.

Həmçinin ölkələrin iqtisadiyyat, turizm, sərmayə və mədəniyyət sahələrində əməkdaşlığının inkişaf etdirilməsi üzrə yeni sənədlərin imzalanması da gözlənilir.

Türkiyə Prezidentinin Suriyaya səfəri xəbəri bazar ertəsi, Suriya-Türkiyə sərhədində birgə təlimlər zamanı məlum olub. Bu təlimlər, Türkiyə Silahlı Qüvvələrinin nümayəndəsinin sözlərinə görə, "iki ölkənin hərbi və hava əməkdaşlığının möhkəmləndirilməsinə, quru və hava təhlükəsizliyinin təmin ediləməsinə yönəldilib", - "Əş-Şark Əl-Ausat" qəzeti qeyd edib.

"Ancaq İsrailin müdafiə naziri Ehud Barak Dəməşq və Ankaranın birgə hərbi təlimləri ilə bağlı İsrail hökumətinin narahatlığını dilə gətirib və bildirib ki, bu məsələ Türkiyə tərəfi ilə nəzərdən keçiriləcək", - Jerusalem Post qəzeti xəbər verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti