Özbəkistanın cənub-qərbində iri yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 26 nəfər həlak olub. Xəbəri "İnterfaks" agentliyi yayıb.
"Şənbə günü gecə Qaşqadərya vilayətində (respublikanın cənub-qərbi) içərisində 50 sərnişinin olduğu "Mersedes" markalı avtobus böyük sürətlə yol kənarında dayanan ekskavatora çırpılıb. Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 26 nəfər həlak olub, 20-dən artıq şəxs müxtəlif dərəcəli ağır xəsarətlər alıb", - deyə "İnterfaks"a Özbəkistan DİN-dəki mənbədən məlumat verilib.