...

İraqın xarici işlər naziri İrana səfər edəcək

Dünya xəbərləri Materials 19 May 2009 12:32 (UTC +04:00)

İraqın xarici işlər naziri Huşyar Zibari bu gün (çərşənbə axşamı) Tehrana səfər edəcək, - deyə İranın İraqdakı səfiri Həsən Kazimi Qumi çərşənbə axşamı bildirib. Bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

Kazimi Qumi əlavə edib ki, səfər zamanı ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə olunacaq. "İki ölkə arasında əməkdaşlıq yüksək səviyyədədir. Hazırkı səfər çərçivəsində ikitərəfli razılaşmaların icrasının sürətləndiriləməsi məsələsi əsas müzakirə pridmeti olacaq", - deyə səfir bildirb.

Zibari ikigünlük səfəri zamanı iranlı həmkarı Mənuçöhr Müttəki və İran Prezidenti Mahmud Əhmədinejadla görüşəcək.

Xəbər lenti

Xəbər lenti