...

Mahaçqala xəstəxanasında Dağıstan DİN-in arxa cəbhə bölməsinin rəisi vəfat edib

Dünya xəbərləri Materials 5 İyun 2009 18:06 (UTC +04:00)

"Mahaçqala xəstəxanasında Dağıstan DİN-in arxa cəbhə bölməsinin rəisi Əbdürrəzzaq Abakarov, aldığı yaralardan dünyasını dəyişib", - cümə günü RF-nin Prokurorluq yanında Təhqiqat Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin "İnterfaks"-a məlumat verib.

Onun sözlərinə görə, cümə günü Mahaçqalada naməlum şəxslər tərəfindən avtomat silahlardan Dağıstanın DİN rəhbəri Adilgəray Maqomedtahirov, DİN vergi cinayətlərinin tədqiqatı idarəsinin rəisi Əbdülcəfər Maqomedov və Abakarovun avtomobilləri atəşə tutulub.

Markin bildirib ki, bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb, ancaq DİN rəhbəri və arxa cəbhə bölməsinin rəisi aldığı güllə yaralarından dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti