İranın hərbi-hava qüvvələrinin bölmələri gələn həftə hərbi manevrlər həyata keçirəcək, Fars News xəbər verir.
Təlimlər şərti "Milade Nure Velayət" adı altında ("Vilayət günəşinin doğması") keçiriləcək. Onlar ölkənin strateji rayonlarından birində baş tutacaq.
Təlimlərdə bombardmançılar, qırıcılar və İİR-in HHQ və HHM qoşunları iştirak edəcək. Bu barədə daha təfərrüatlı məlumat verilmir.