...

İran prezidentliyinə namizəd ölkədə seçkilər günü SMS göndərilməsi xidmətinin bağlanılmasına etiraz edib

Dünya xəbərləri Materials 12 İyun 2009 13:07 (UTC +04:00)
İran prezidentliyinə namizəd ölkədə seçkilər günü SMS göndərilməsi xidmətinin bağlanılmasına etiraz edib

"İran prezidentliyinə namizəd, sabiq Baş nazir Mir Hüseyn Musəvi hökumətdən SMS xidmətlərinin açılmasını və seçkilərin gedişini izləmək üçün seçki məntəqələrində namizədlərin nümayəndələrinin iştirakına icazə verilməsini tələb edib", - İranın ILNA agentliyi xəbər verir.

Dünən gecədən etibarən İranda SMS-xidmət sisteminin fəaliyyəti dayandırılıb. İranın Rabitə Nazirliyi bu məlumatı təsdiqləyib.

"İranda prezident seçkiləri günü SMS göndərilməsi imkanının olmaması şübhə doğurur", - seçicilərin səslərinin qorunması üzrə komitənin sədri Əli Əkbər Mohtaşamipur deyib, ILNA agentliyi xəbər verib.

Onun sözlərinə görə, məhz SMS-ismarıclar vasitəsilə onun başçılıq etdiyi komitə seçki məntəqələrində qeydə alınan qanun pozuntuları barədə məlumat alacaqdı.

Mohtaşamipur bildirib ki, alınan xəbərlərə görə, İranın Rabitə Nazirliyi SMS-ismarıc göndərilməsi sistemindəki nasazlıqları bilərəkdən yaradıb. "İyunun 11-də səhər problem yaranmışdı. Yalnız bizim müdaxiləmizdən sonra bu nasazlıq günortadan sonra aradan qaldırıldı. Ancaq iyunun 11-də saat 23:00-dan sonra sistemdə yenidən problemlər qeydə alınıb", - o deyib.

Musəvi bildirib ki, onun bəzi nümayəndələrinə seçkilərin gedişini izləmək üçün seçki məntəqələrində müşahidə aparmalarına mane olunub.

Seçkilərdə İranın hazırkı prezidenti Mahmud Əhmədinejad, İran İnqilab Qvardiyasının sabiq komandiri Möhsün Rezayi (Mohsen Rezaee), Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi və İranın sabiq Baş naziri Mirhüseyn Musəvi (Mir Hossein Mousavi) rəqabət aparır.

İranda prezident seçkiləri 4 ildən bir keçirilir. Prezidentliyə namizədlər Nəzarət Şurası (Şuraye Negəhban) tərəfindən təsdiqləndikdən sonra seçki prosesinə qatıla bilərlər. Prezident seçilən şəxs İran İslam Respublikasının Rəhbəri tərəfindən təsdiqləndikdən sonra status əldə edir. İranın rəhbərindən sonra ikinci səlahiyyətli şəxs olan prezident bütün icra aparatına nəzarət edir, xarici və daxili siyasət kurslarını müəyyənləşdirir.

Xəbər lenti

Xəbər lenti