...

İranın paytaxtında və bəzi əyalətlərində atmosferin çirklənmə səviyyəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Materials 6 İyul 2009 14:50 (UTC +04:00)

İranın paytaxtında, qərb əyalətlərində, cənub-qərb və şimal regionlarında atmosferin çirklənmə səviyyəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

"Atmosferin çirklənmə səviyyəsi ilə əlaqədar paytaxtda fövqəladə komitə təşkil olunacaq. Komitə atmosferin həddən artıq çox çirklənməsi ilə bağlı çərşənbə axşamı idarə, təşkilat və qurumların tətil etməsi məsələsini araşdıracaq", - deyə Tehran Şəhər Ekologiya və Təbii Sərvətlər Təşkilatının ətraf mühit üzrə monitorinq departamentinin sədri Məhəmməd Baqir Səduq bazar ertəsi bildirib.

O əlavə edib ki, hazırda Tehranda, qərb əyalətləri, cənub-qərb və şimal regionlarında atmosferin çirklənmə səviyyəsi böhran həddə çatıb və həmin regionlarda fövqəladə vəziyyət elan edilib.

Səduq  bu vəziyyətin İraqda çayların quruması ilə əlaqədar olduğunu və problemin həlli yolu olmadığını deyib.

Xəbər lenti

Xəbər lenti