...

Mahmud Abbas HƏMAS-ın 250 üzvünü həbsdən azad edib

Dünya xəbərləri Materials 18 Sentyabr 2009 10:33 (UTC +04:00)
Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbas müqəddəs müsəlman bayramı münasibətilə 250 HƏMAS üzvünün Qərb sahilindəki həbsxanalardan azad edilməsi barədə cümə axşamı sərəncam imzalayıb. Bu barədə məlumatı Sinxua agentliyi yayıb.
Mahmud Abbas HƏMAS-ın 250 üzvünü həbsdən azad edib

Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbas müqəddəs müsəlman bayramı münasibətilə 250 HƏMAS üzvünün Qərb sahilindəki həbsxanalardan azad edilməsi barədə cümə axşamı sərəncam imzalayıb. Bu barədə məlumatı Sinxua agentliyi yayıb.

Məhbusların azad edilməsi şənbə günü həyata keçiriləcək. Sərəncam Qərb sahilində nəzarət-buraxılış məntəqələrində saxlanılan şəxslərə şamil edilir.

HƏMAS Abbasın təhlükəsizlik qüvvələrini Qərb sahilindəki hərəkatın tərəfdarlarını HƏMAS və FƏTH arasındakı münaqişə fonunda siyasi motivlər əsasında həbs etməkdə günahlandırıb.

Münaqişə 2007-ci ildə HƏMAS-ın Abbasın təhlükəsizlik qüvvələrini Qəzza sektorundan çıxarması və anklavı öz nəzarəti altına alması nəticəsində baş verib.

Xəbər lenti

Xəbər lenti