Türkiyənin XİN başçısı Əhməd Davudoğlu CNN Türk telekanalına verdiyi müsahibədə bildirib ki, tərəflər öz üzərinə düşən öhdəlikəri yerinə yetirəcəyi təqdirdə, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına ümid etmək olar.
"Tərəflər üzərinə düşən vəzifələrə əməl etsələr, nəinki Türkiyə-Ermənistan sərhədləri açıla bilər, eyni zamanda, regionun problemləri də həll oluna bilər", - deyə Davudoğlu bildirib.
XİN rəhbəri onu da qeyd edib ki , Türkiyə-Ermənistan əlaqələrinin normallaşması ilə yanaşı, Ermənistan-Azərbaycan əlaqələri də normallaşmağa doğrudur.
"Türkiyə-Ermənistan münasibətlərinin davam edib-etməməsi isə regionda baş verən hadislərdən asılı olacaq", - deyən nazir onu da qeyd edib ki, Ankranın əsas hədəflərindən biri Qafqazda sülhün bərqərar olmasıdır.
"Regionda tez bir zamanda sülhün bərqərar olacağına əminəm", - deyə Davudoğlu bildirib.