...

Hücum edənin əlini kəsəcəyik - Əhmədinejad

Dünya xəbərləri Materials 22 Sentyabr 2009 13:26 (UTC +04:00)
İran Prezidenti bildirib ki, İran özünü müdafiə etməyə qadirdir və "ona hücum etməyə cürət edən hər bir ölkənin əlini kəsəcək". Sentyabrın 22-də İran Prezidenti Mahmud Əhmədinejad bildirib ki, İranın hərbi texnikası ölkəni müdafiə edəcək qədər inkişaf edib.
Hücum edənin əlini kəsəcəyik - Əhmədinejad

İran Prezidenti bildirib ki, İran özünü müdafiə etməyə qadirdir və ""ona hücum etməyə cürət edən hər bir ölkənin əlini kəsəcək"".

Sentyabrın 22-də İran Prezidenti Mahmud Əhmədinejad bildirib ki, İranın hərbi texnikası ölkəni müdafiə edəcək qədər inkişaf edib.

Bu gün İranın böyük şəhərlərində "Müqəddəs müdafiə həftəsi"nə həsr olunan hərbi parad başlayıb.

Silahlı Qüvvələrin baş qərargahının rəhbəri general Firuzabadi, Milli Ordunun baş komandanı general Ayətulla Salehi və Sepah keşikçilər korpusunun başçısı Məhəmməd Əli Cəfərinin iştirakı ilə keçirilən hərbi paradda İran Milli Ordusunun müasir texnikaları nümayiş etdiriləcək, İranın İLNA agentliyi xəbər verir.

Hər il İraqın İrana hücum etdiyi tarix İranda "Müqəddəs müdafiə həftəsi" kimi qeyd olunur. Bununla əlaqədar Tehranda və digər şəhərlərdə hərbi texnikanın nümayişi ilə hərbi paradlar keçirilir.

Sentiyabrın 21-də rəsmi Tel-Əviv bildirib ki, İranın nüvə obyektlərinə hücum məsələsi hələ də aktualdır. Qərb və İsrail İranın nüvə proqramının hərbi məqsəd daşıdığı bəyan edirlər, İran isə, dəfələrlə nüvə proqramının sülhməramlı olduğunu iddia edib.

İran-İraq müharibəsi 1980-ci ilin sentyabrın 22-də İraqın İranın Xuzestan əyalətinə hücumu nəticəsində baş verib. Müharibə 1988-ci ilin avqust ayında müharibədən əvvəlki vəziyyəti bərpa edən sülh aktının imzalanması ilə başa çatıb.

İran Müdafiə Nazirliyi bazar ertəsi bildirib ki, bu il paradda qırıcı təyyarələr, hərbi vertolyotlar, "Yer-Yer", "Hava-Yer" və "Su-Yer" raketləri nümayiş etdiriləcək və yeni hərbi avadanlıqlar sınaqdan keçiriləcək. Hərbi paradın təşkilatçısı general Zabihullah Namurun sözlərinə əsasən, paradda "Şahab-1, "Şahab-2", "Şahab-3" və "Sicil" raketlərinin nümayişi ilə yanaşı, ilk dəfə olaraq raket əleyinə müdafiə sistemi də nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti