...

İranın xarici işlər nazirinin ABŞ-a səfəri ikitərəfli əlaqələrə doğru atılan ilk addımdır

Dünya xəbərləri Materials 3 Oktyabr 2009 09:05 (UTC +04:00)
Ekspertlər cümə axşamı İranın xarici işlər naziri Mənuçöhr Müttəkinin ABŞ-a qeyri-rəsmi səfərini hər iki ölkə arasında əlaqələrin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirirlər.
İranın xarici işlər nazirinin ABŞ-a səfəri ikitərəfli əlaqələrə doğru atılan ilk addımdır

Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir T.Konyayeva/

Ekspertlər cümə axşamı İranın xarici işlər naziri Mənuçöhr Müttəkinin ABŞ-a qeyri-rəsmi səfərini hər iki ölkə arasında əlaqələrin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirirlər.

Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski hesab edir ki, ABŞ Müttəkinin ölkəyə girişinə icazə verməklə İranın hazırkı rəhbərliyi ilə dialoqları bərpa etməyə cəhd edir. Belə ki, İranla müharibə etmək Barak Obama administrasiyasının planlarına daxil deyil.

"Obama İranla əlaqələri yaxşılaşdırmaqla tarixə düşəcək, - Satanovski Trend -a göndərdiyi elektron məktubda qeyd edir. - Obama İranın nüvə silahına malikolma ambisiyalarını məhdudlaşdıra bilmədiyi kimi, onunla müharibə də edə bilmir və istəmir. Vizanın verilmə səbəbi də budur: İranın hazırkı rəhbərliyi ilə dialoqa başlamaq".

Cümə axşamı Müttəki Vaşinqtona səfər edib. Lakin Ağ Evdən verilən məlumata görə, İranın xarici işlər nazirinin Obama adminstrasiyası ilə görüşü planlaşdırılmayıb.

Rusiyalı politoloq belə hesab edir ki, vəziyyəti idarə etmək üçün ABŞ Dövlət Departamentində yüksək vəzifəli nümayəndə (ekspertin fikrincə, bu, ABŞ-ın Rusiyadakı keçmiş səfiri, Dövlət Departamenti başçısının müavini Vilyam Berns ola bilər) ilə görüşün təşkili Amerika diplomatiyası üçün ənənəvi haldır.

Satanovski deyib ki, otağa girmək imkanı olsaydı, Hillari Klinton və ya Prezident Obama özü "təsadüfən" oraya girərdi.

Müttəkinin səfəri, İranın nüvə proqramı üzrə "altılığ"ın siyasi rəhbərlərinin iştirakı ilə (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Almaniya) Avropa İttifaqının xarici işlər və təhlükəsizlik işləri üzrə nümayəndəsi Havyer Solananın İranın milli təhlükəsizlik üzrə Ali Şurasının rəhbəri Səid Cəlali ilə Cenevrədə keçiriləcək görüşündən bir gün əvvəl baş tutub.

Oklahoma Coşua Lendis Universitetinin Yaxın Şərq üzrə Araşdırma Mərkəzinin rəhbəri Satanovskinin fikrincə, İranın xarici işlər nazirinin ABŞ-a səfəri gələcək danışıqlara təkan verə bilər.

ABŞ və bir sıra Qərb ölkələri İranı nüvə silahı istehsal etməkdə günahlandırırlar. Nüvə silahının istehsalı proqramını dayandırmayacağı təqdirdə qərb ölkələri dəfəflərlə İrana sanksiyalar tətbiq edəcəklərini bildiriblər.

Tehran Siyasət Universutetinin professoru Hermidas Bavand hesab edir ki, ABŞ ikitərəfli danışıqların aparılması üzrə əlverişli şəraitin yaradılması üçün Müttəkinin Vaşinqtona səfərinə icazə verib.

"Səfərin məqsədi ikitərəfli əlaqələrin başlanması üçün şəraitin yaradılmasıdır, - Bavand Tehrandan telefonla Trend -a deyib. - Bundan əlavə, İranın nüvə proqramı, Əfqanıstan və İraq kimi məsələlər müzakirə mövzusu ola bilər".

O həmçinin əlavə edib ki, İran öz tərəfindən ABŞ ilə əlaqələrdə güzəştə getməyə hazırdır.

Materialın hazırlanmasında T.Cəfərov iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti