...

Terrorla mübarizə aparmadan ona qalib gəlmək olmaz - Türkiyənin müxalifət lideri

Dünya xəbərləri Materials 6 Oktyabr 2009 16:50 (UTC +04:00)
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykal keçirdiyi mətbuat konfransında terrorla mübarizə aparmadan terrora qalib gəlməyin qeyri-mümkün olduğunu bildirib.
Terrorla mübarizə aparmadan ona qalib gəlmək olmaz - Türkiyənin müxalifət lideri

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykal keçirdiyi mətbuat konfransında terrorla mübarizə aparmadan terrora qalib gəlməyin qeyri-mümkün olduğunu bildirib. Məlumatı Türkiyənin CNN Türk telekanalı yayıb.

"Terrorla mübarizə aparmadan ona qalib gəlmək olmaz. Türkiyə hakimiyyəti terrorçularla dialoq aparır, lakin teror  təşkilatı bir dəfə də olsun, silahlı mübarizədən vaz keçəcəyini bildirməyib", - o qeyd edib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi toplantıda Türkiyənin nə olursa olsun, ölkədə mövcud olan kürd problemini həll edəcəyini bildirib. Baş nazir bundan əvvəl bu problemin həlli üçün kürdyönlü Demokratik Toplum Partiyasının (DTP) lideri Əhməd Türk ilə görüşüb. Baş nazir bu görüşün müsbət keçdiyini və tez bir zamanda ölkədə mövcud olan kürd problemi həllinin tezləşəcəyini bildirib. DTP lideri Türk də bu görüşün ikitərəfli dialoqun yaranması üçün başlanğıc olduğunu bildirib. Türkiyənin əsas müxalifət partiyasının lideri Dəniz Baykal isə bu görüşü hakimiyyətin terroru dəstəkləyənlərlə görüşü kimi dəyərləndirib. Avqustun 13-də Türkiyənin daxili işlər naziri Bəşir Atalay da DTP lideri Türk ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti