Türkiyənin XİN başçısı Əhməd Davudoğlu Bakıda Şəhidlər Xiyabanı qarşısından Türkiyə bayraqlarının götülməsinə münasibət bildirərək, Azərbaycan xalqına güvəndiyini bildirib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.
"Azərbaycan xalqına güvənirik. Hər iki xalqın şəhidlərinin ruhları bizim üçün əzizdir. Şəhidlər Azərbaycana əmanətdir", - deyə bildirib.
XİN rəhbəri onu da qeyd edib ki, Azərbaycan və Türkiyə əlaqələrinə xələl gətirmək istəyən qüvvələr var, lakin Azərbaycan bu qüvvələrin qarşısını alacaq.
"Türkiyə-Azərbaycan əlaqələri adı iki dövlət arasında olan əlaqələrdən fərqlidir. Bundan sonra edəcəklərimiz bundan əvvəl etdiklərimizdən az olmayacaq. Azərbaycan xalqına üzümü tutub deyirəm ki, bundan sonra da onların lehinə addımlar atacağıq", - deyə o qeyd edib.