...

İran ABŞ-ın siyasətində dəyişikliklər gözləyir – İİR-in vitse-prezidenti

Dünya xəbərləri Materials 26 Oktyabr 2009 12:12 (UTC +04:00)
Tehran Vaşinqtonun İranla bağlı siyasətində dəyişiklərin olacağını gözləyir
İran ABŞ-ın siyasətində dəyişikliklər gözləyir – İİR-in vitse-prezidenti

Tehran Vaşinqtonun İranla bağlı siyasətində dəyişiklərin olacağını gözləyir, bunu İİR-in birinci vitse-prezidenti Mohammad Reza Rəhimi deyib, Press TV agentliyi xəbər verir.

"ABŞ Prezidenti Barak Obama bir sıra müsbət bəyanatlar verib, lakin onun fəaliyyəti bəyanatlarına uygun deyil", - Rəhimi Çinin "Feniks" teleşirkətinə eksklüziv müsahibəsində deyib.

O, Obamanın öz vədlərinə uyğun hərəkət edəcəyinə ümid etdiyini bildirib.

İranın BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə yanaşı Almaniya ilə nüvə danışıqlarına gəldikdə isə, Rəhimi bildirib ki, İranın "altılıq"a təklif paketi əsasında aparılan danışıqlardan sonra, bunu İslam Respublikası üçün irəliyə addım kimi qiymətləndirmək olar.

"İran xalqı və höküməti Qərbin təzyiqinə əhəmiyyət vermir. Biz ümid edirik ki, Qərb öz diplomatik hökmranlığını gerçəkləşdirə bilməyəcəyini artıq anlayıb",- o əlavə edib.

Xəbər lenti

Xəbər lenti