...

Türkiyə Suriya və İsrail arasındakı danışıqlarda vasitəçi kimi çıxış etməyə hazırdır - Baş nazir

Dünya xəbərləri Materials 29 Oktyabr 2009 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir A.Axundov /

Suriya və İsrail yenidən istəsə, Türkiyə onlar arasındakı danışıqlarda vasitəçi kimi çıxış etməyə hazırdır, Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan çərşənbə günü ölkənin Tehrandakı səfirliyində keçirilən mətbuat konfransında bildirib, Anadolu informasiya agentliyi xəbər verib.

"Əvvəl Suriya və İsrail bizdən bilavasitə onlar arasındakı danışıqlarda vasitəçi olmağımızı xahiş etmişdilər. Proses beş raunda kimi davam etdi. Baş nazirlər səviyyəsində görüş Ankarada beşinci raund çərçivəsində baş tutdu. Sonra Qəzzanın bombalanması başladı. Bizim bu məsələyə dair mövqeyimiz aydın və dəyişilməzdir. Məktəblər, xəstəxanalar, hətta BMT-nin binasına hücum olundu. Uşaqlar və yaşlı insanlar da daxil olmaqla 1500 nəfər həlak oldu, 5000 nəfərdən çox insan yaralandı. Bütün tərəflər regionda baş verənlərə həssaslıqla yanaşmalıdır. Bununla yanaşı, Türkiyə Suriya və İsrail bunu istəyərsə, onlar arasında danışıqlarda vasitəçi kimi çıxış etməyə yenə hazırdır", - Türkiyənin Baş naziri bildirib.

Xəbər lenti

Xəbər lenti