...

İran müxalifəti nümayəndələrindən 50 nəfərə hökm oxunub - İranın Məhkəmə Sistemi rəhbərinin birinci müavini

Dünya xəbərləri Materials 31 Oktyabr 2009 14:12 (UTC +04:00)
İranın Məhkəmə Sistemi rəhbərinin birinci müavini İbrahim Rəisi bildirib ki, Məhkəmə Sistemi İranda prezident seçkilərindən sonra yaranmış iğtişaşlar zamanı həbs olunmuş şəxslərin işlərini məhkəmə distansiyalarında araşdırır və indiyədək 50 nəfərə hökm oxunub.
İran müxalifəti nümayəndələrindən 50 nəfərə hökm oxunub - İranın Məhkəmə Sistemi rəhbərinin birinci müavini

İranın Məhkəmə Sistemi rəhbərinin birinci müavini İbrahim Rəisi bildirib ki, Məhkəmə Sistemi İranda prezident seçkilərindən sonra yaranmış iğtişaşlar zamanı həbs olunmuş şəxslərin işlərini məhkəmə distansiyalarında araşdırır və indiyədək 50 nəfərə hökm oxunub. Bu barədə İranın İLNA xəbər agentliyi məlumat yayıb.

"İşlərə baxılması prosesi qanun çərçivəsində aparılıb və həmin iğtişaşçıların işlərinin tez baxılması barədə göstəriş verilib, onların işlərinə baxılması prosesi tezləşdirilir", - deyə Rəisi deyib.

Rəisi hökm oxunmuş şəxslərin adlarını açıqlamayıb.

Trend -un arayışı: Həbs olunanlar terror qrupları ilə əlbir olmaqda, partlayıcı qurğu qoymaqda, odlu silah, əl qumbarası daşımaqda, polis və könüllülərə, universitetlərə və polis məntəqələrinə hücumda, mitinqlə bağlı şəkilləri xarici mətbuata ötürməkdə, quldurluq etməkdə, asayişi pozmaqda, ümumi və dövlət malına ziyan vurmaqda ittiham olunurlar.İyunun 12-də keçirilən prezident seçkilərində Mahmud Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi keçmiş Baş nazir Mir Hüseyn Musəvi isə 33,75 faizini toplayıb. Musəvi hökuməti səsvermənin nəticələrinin saxtalaşdırmaqda günahlandırıb. Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında qarşıdurmaya səbəb olub. Qarşıdurmalar zamanı həlak olanlar qeydə alınıb. 1032 nəfər həbs olunub, onlardan bəziləri azadlığa buraxılıb. Bir sıra qərb ölkələri İranda seçkilərdən sonra gərginləşən vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti