...

İranda yeni paytaxt salınacaq

Dünya xəbərləri Materials 2 Noyabr 2009 13:17 (UTC +04:00)
Tehran şəhər İslami Şura rəisi Mehdi Çəmran bildirib ki, ölkə paytaxtının yerini dəyişmək üçün yeni şəhər salmaq lazımdır.
İranda yeni paytaxt salınacaq

Tehran şəhər İslami Şura rəisi Mehdi Çəmran bildirib ki, ölkə paytaxtının yerini dəyişmək üçün yeni şəhər salmaq lazımdır. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

Çəmranın sözlərinə görə, onlar əhalinin problemlərini həll etməyə çalışırlar. "İranın Məsləhət Şurasında bir layihə təsdiq olunub. Layihəyə əsasən, ölkənin paytaxtının yeri dəyişdirilməlidir. Fikrimcə, paytaxtı başqa şəhərə köçürmək əvəzinə yeni şəhər salmaq daha məqsədəuyğun olar", - deyə Çəmran deyib.

Çəmran əlavə edib ki, Tehran hələ nəzərdə tutulan şəkildə tikilib başa çatmayıb, çoxlu yarımçıq işlər və problemlər var.

"Ümid edirəm ki, yeni paytaxtın tikilməsi üçün lazım olan büdcə və vəsait təmin olunacaq və Tehran əhalisi hazırkı problemlərdən azad olacaq", - deyə Çəmran deyib.

Xəbər lenti

Xəbər lenti