...

Türkiyənin Baş naziri görüşərkən opüşməməyi məsləhət görüb

Dünya xəbərləri Materials 3 Noyabr 2009 15:07 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf partiyasının keçirdiyi qrup toplantısında ölkə vətəndaşlarını "donuz qripi"ndən qorunmaq məqsədilə görüşərkən öpüşməməyə çağırıb.
Türkiyənin Baş naziri görüşərkən opüşməməyi məsləhət görüb

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf partiyasının keçirdiyi qrup toplantısında ölkə vətəndaşlarını "donuz qripi"ndən qorunmaq məqsədilə görüşərkən öpüşməməyə çağırıb. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.

"Donuz qripi"ndən qorunmaq üçün bir müddət görüşdüyünüz zaman öpüşməyin", - deyə Ərdoğan bildirib.

Trend - un arayışı: Türkiyədə "donuz qripi"ndən ölənlərin sayı doqquz nəfərə çatıb, bu barədə bazar ertəsi Anadolu agentliyi ölkənin Səhiyyə Nazirliyinin bəyanatına istinadən bildirib.

Bazar ertəsi A/H1N1 virusundan iki qız - Şanlıurfa şəhərində dördyaşlı və İstanbul şəhərində 13 yaşlı qız həlak olub. "Donuz qripi"nin qurbanı həmçinin Ankara sakini 65 yaşlı qadın olub. Onun ölümü sayca doqquzuncudur. Türkiyədə "donuz qripi"nin səbəb olduğu ilk ölüm faktı oktyabrın 24-də paytaxtda qeydə alınıb.

Türkiyənin səhiyyə naziri Rəcəb Akdaq bazar günü jurnalistlərə bildirib ki, ölkədə A/H1N1 virusuna 1800 yoluxma halı rəsmi olaraq təsdiq edilib. O, həmçinin bu virusa yoluxanların sayının həqiqətən də çox olduğunu etiraf edib.

Bu gün Türkiyənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, Baş nazir Ərdoğan və ölkə prezidenti Abdullah Gülə "donuz qripi"nə qarşı vaksin vurulacaq.

Xəbər lenti

Xəbər lenti