...

İran 2011-ci ilədək orbitə "Misbah" peykini buraxacaq

Dünya xəbərləri Materials 10 Noyabr 2009 13:04 (UTC +04:00)
İran Aerokosmik Təşkilatının sədri Mehdi Fərəhi bildirib ki, “Misbah” adlı süni peyk 2011-ci ilədək orbitə buraxılacaq.
İran 2011-ci ilədək orbitə "Misbah" peykini buraxacaq

İran Aerokosmik SənayeTəşkilatının sədri Mehdi Fərəhi bildirib ki, "Misbah" adlı süni peyk 2011-ci ilədək orbitə buraxılacaq. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Fərəhi əlavə edib ki, "Misbah" süni peyki İtaliyadan orbitə buraxılacaq. "Peyk əsasən İrana informasiya ötürəcək, lakin onun ötürdüyü informasiyaların Avropa və ABŞ-da görünmə imkanı olacaq və aşağı hündürlükdə quraşdırılmaq üçün (LEO) istehsal olunub", - Fərəhi deyib.

Onun sözlərinə görə, "Misbah" peyki informasiyaların (data) ötürülüb-qəbul olunması məqsədi ilə istehsal olunub. "Peyk İranın Aerokosmik Təşkilatı tərəfindən İtaliyadan orbitə buraxılacaq. Peykin orbitə göndərilməsinin məsuliyyəti İranın Aerokosmik Təşkilatının üzərinə düşür və ümid edirəm ki, 2010-cu ildə bunu həyata keçirə biləcəyik", - Fərəhi deyib.

Onun sözlərinə görə, peykin ümumi çəkisi 63.5 kiloqramdır.

"Misbah" süni peykinin istehsalına 1977-ci ildə başlanılıb. Layihənin icrası 19 il müddətinə dondurulub və 1996-cı ildə İranın Aerokosmik Təşkilatı həmin layihənin icrasına yenidən başlayıb. Layihə üzrə tədqiqat işlərini İranın Elm və Sənaye Araşdırmaları Təşkilatı həyata keçirib. 1998-ci ildə İranın Rabitə Nazirliyi peykin istehsalı üçün bir İtaliya şirkəti ilə müqavilə imzalayıb.

Xəbər lenti

Xəbər lenti