...

İspaniya sədrliyi dövründə Türkiyənin Aİ-yə daxil olmasını dəstəkləməlidir - XİN rəhbəri

Dünya xəbərləri Materials 17 Noyabr 2009 13:11 (UTC +04:00)
Ankara İspaniyanın Türkiyənin Avropa İttifaqına daxil olmasını dəstəkləyəcəyinə ümid edir, "Turkish Weekly" jurnalı Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlunun bəyanatına istinadən bildirib.
İspaniya sədrliyi dövründə Türkiyənin Aİ-yə daxil olmasını dəstəkləməlidir - XİN rəhbəri

Ankara İspaniyanın Türkiyənin Avropa İttifaqına daxil olmasını dəstəkləyəcəyinə ümid edir, "Turkish Weekly" jurnalı Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlunun bəyanatına istinadən bildirib.

Bazar ertəsi Madriddə keçirilən mətbuat konfransında çıxış edən Davudoğlu 2010-cu ilin birinci yarısında Aİ-yə sədrliyə keçəcək İspaniyanı Türkiyənin quruma daxil olması planını dəstəkləməyə çağırıb.

"İspaniya Aİ sədri qismində eyni zamanda Türkiyə və Avropa İttifaqı danışıqlarında bəzi bəndlər üzrə texniki problemlərin aradan qaldırılması ilə məşğul olmalı və yeni qaydalar üçün baza yaratmalıdır", - Davudoğlu bildirib.

İspaniyada səfərdə olan Türkiyə xarici siyasət idarəsinin başçısı həmçinin İspaniyanın Aİ-də sədrliyi dövründə Şimali Kipr Türk Respublikasına dair embarqonun ləğv edilməsinin vacibliyini bildirib.

"Aİ daha qərəzsiz olmalıdır", - o əlavə edib. "Bu, sizin xoşunuza gəlsə də, gəlməsə də, Türkiyə Avropanın bir hissəsidir və Osmanlı imperiyasının arxivləri açılarsa, Avropanın heç bir ölkəsinin tarixi təzədən yazıla bilməz", - Davudoğlu "Türkiyənin mədəni irsinin ölkənin Avropaya inteqrasiyası prosesini çətin vəziyyətə salmasını" bildiriən parlament üzvü Yeji Buzekin rəyinə cavab verərək bildirib.

Avropa ittifaqı və Türkiyə arasındakı danışıqlar hələ 2005-ci ildə başlayıb, lakin o vaxtdan bəri Türkiyə daxilində Aİ-yə üzv olmaq üçün vacib olan islahatların keçirilməsində cüzi irəliləyiş əldə olunub.

"Tutaq ki, Türkiyə Aİ-yə üzv olmaqdan imtina etdi. O zaman ittifaqın poiblemləri aradan qalxacaqmı? Siz Türkiyə mədəniyyətinə etnasızlıq göstərə bilərsiniz, lakin siz Avropada yaşayan milyonlarla türklərin maraqlarına etinasızlıq göstərə bilməzsiniz", - Davudoğlu bildirib.

Türkiyənin XİN rəhbəri həmçinin qeyd edib ki, ölkəsi İspaniyanın Aİ-də gələcək sədrliyi ilə əlaqədar olaraq nikbindir və bu dövr ərzində Avropa İttifaqında böyük dəyişikliklər gözləyir.

"İspaniya Türkiyənin fəal və strateji tərəfdaş olduğunu başa düşür, o, Türkiyənin iqtisadi potensialını yüksək qiymətləndirir. İspaniyanın sədrliyi təkcə yeni "fəsillərin" açılmasına müsbət təsir etmir, eyni zamanda bizim mövqelərimizi yaxınlaşdırır", - Davudoğlu bildirib.

Türkiyənin Aİ-yə daxil olması istiqamətində danışıq prosesi özündə 35 "fəsli" birləşdirir, Ankara bunların vasitəilə Aİ-nin tələblərinə uyğunluğu təmin etməlidir.

İspaniyanın Avropa məsələləri üzrə dövlət katibi Dieqo Lopez Qarrido (Diego Lopez Garrido) ölkəsinin Türkiyənin Avropa İttifaqına daxil olmasını tam dəstəklədiyini bəyan edib.

İspaniyalı nazir qeyd edib ki, Türkiyənin strateji əhəmiyyəti Lissabon müqaviləsi qüvvəyə mindiyi zaman qiymətləndiriləcək.

Fransa, Almaniya, Niderland kimi Aİ-nin bəzi daimi üzvləri dəfələrlə Türkiyəyə imtiyazlı tərəfdaş statusu təklif edərək, onun qəbul olunmasına qarşı çıxıblar. Ankarada buna cavab olaraq bildirilir ki, Avropa İttifaqına inteqrasiyaya alternativ qismində imztiyazlı tərəfdaş variantı qəbul olunmayacaq.

Xəbər lenti

Xəbər lenti