...

İsrail raket zərbələrindən sonra Qəzza sektorundakı tunellərə hücum edib

Dünya xəbərləri Materials 19 Noyabr 2009 15:10 (UTC +04:00)
İsrail HHQ Qəzza sektorunun cənubunda qaçaqmal silahların daşınmasında istifadə olunan tunellərə hücum edib, AP agentliyi məlumat verir. Hərbi hava hücumları nəticəsində üç nəfər yaralanıb.
İsrail raket zərbələrindən sonra Qəzza sektorundakı tunellərə hücum edib

İsrail HHQ Qəzza sektorunun cənubunda qaçaqmal silahların daşınmasında istifadə olunan tunellərə hücum edib, AP agentliyi məlumat verir. Hərbi hava hücumları nəticəsində üç nəfər yaralanıb.

İsrailin Hərbi Qvvələri hava hücumlarının İsrailə bu yaxınlardakı raket zərbələrinə cavab olduğunu bildiriblər

Ötən qışın dekabr ayının sonlarında İsrail Qəzza sektorunda anklav ərazisindən İsrailin cənubunun raket atəşinə tutulmasına cavab olaraq HƏMAS qruplaşmasına qarşı geniş miqyaslı hava və yerüstü "Əridilmiş qurğuşun" əməliyyatına başlamışdı.

"Əridilmiş qurğuşun"dan sonra raket atəşinin müntəzəmliyi kəskin azalıb, lakin İsrail əvvəlki kimi qaçaqmal silahların Misirlə sərhəddəki tunellə Qəzaya daşınmasını bəyan edir.

Xəbər lenti

Xəbər lenti