...

Biz bütün iğtişaş törədənləri həbs edirik – İran Parlamenti komissiyasının sədr müavini

Dünya xəbərləri Materials 28 Dekabr 2009 16:56 (UTC +04:00)
Aşura günü baş verən qarışıqlığa görə Qərb ölkələri məsuliyyət daşıyır və iğtişaşçılar ictimai nizamı pozmaq məqsədilə münasib şərait və mümkün olan bütün vasitələrdən istifadə ediblər.
Biz bütün iğtişaş törədənləri həbs edirik – İran Parlamenti komissiyasının sədr müavini

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir T.Cəfərov/

Aşura günü baş verən qarışıqlığa görə Qərb ölkələri məsuliyyət daşıyır və iğtişaşçılar ictimai nizamı pozmaq məqsədilə münasib şərait və mümkün olan bütün vasitələrdən istifadə ediblər. Bu barədə İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini İsmayıl Kövsəri telefon vasitəsilə Trend -a deyib.

Kövsəri əlavə edib ki, son 30 il ərzində inqlabın əsasını təşkil edən prinsiplərə zərbə vurmağa cəhd ediblər. "Bütün iğtişaşçıları aşkar edib, məhkəməyə verəcəyik. Onların barəsində qanun çərçivəsində ölçü götürüləcək", - Kövsəri deyib.

Dekabrın 27-də Tehranda Aşura günü müxalifət tərəfdaşları ilə polis arasında qarşıdurma baş verib. Beynəlxalq informasiya agentliyinin məlumatına görə, 15 nəfər müxalifətin yaratdığı qarışıqlığın qurbanı olub və təxminən 300 nəfər həbs edilib. Fars agentliyinin məlumatına görə, qarşıdurma zamanı İranın müxalifət lideri Mir Hüseyn Musəvinın bacısı oğlu da ölüb.

Kövsəri deyib ki, Milli təhlükəsizlik komissiyası son günlərdə baş vermiş hadisələr haqqında xüsusi məruzə hazırlayır.

Kövsəri islahatçıların liderlərini "ABŞ, Böyük Britaniya və İsrail qüvvələrinin əlaltıları" adlandırıb. O deyib ki, iğtişaşçılar İran xalqının inanclarına hörmətsizliyə görə cavab verməlidirlər. "Biz 230 min şəhid vermişik və qəbul edə bilmərik ki, ABŞ, Böyük Britaniya və sionistlərdən asılı olan şəxslər rejimin qarşısında dayansın və xalqın inanclarına "ağız əysin", - Kövsəri deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti