...

Fransada Pikassonun rəsm əsərləri oğurlanıb

Dünya xəbərləri Materials 2 Yanvar 2010 15:42 (UTC +04:00)
Fransanın cənubunda görkəmli rəssamların 30 rəsm əsəri oğurlanıb.
Fransada Pikassonun rəsm əsərləri oğurlanıb

Fransanın cənubunda görkəmli rəssamların 30 rəsm əsəri oğurlanıb. Cinayətkarlar rəsmləri qədim La-Kadyer-d´Azür şəhərindəki evlərdən birində yerləşən şəxsi kolleksiyadan oğurlayıblar. Oğurlanan rəsmlər arasında Pablo PikassoAnri Russonun da əsərləri var. İlkin qiymətləndirmələrə görə, rəsmlərin ümumi dəyəri bir milyon avroya yaxındır. Məlumatı Vesti yayıb.

Cinayətkarlar qapını sındıraraq evə daxil olublar. Həmin zaman ev sahibi evdə olmayıb. İTAR TASS-ın məlumatına görə, ev sahibi İsveçrəyə məzuniyyətə gedib. Gözətçi bir neçə saatdan hadisədən sonra xəbər tutub. Müstəntiqlərin fikrincə, oğurluq hadisəsi 30-31 dekabrda baş verib.

Rəsmlər Marsel şəhərinin mərkəzindəki "Kantini" muzeyindən impressionist Edqar Deqanın "Xor ifaçısı" əsəri aparıldıqdan dərhal sonra oğurlanıb. Görkəmli rəssamın 800 min avro dəyərində olan əsəri Parisin "Orse" müzeyində yerli sərgi üçün təqdim olunmuşdu.

Xəbər lenti

Xəbər lenti