...

Bu gün Norveç vəliəhdi Qazaxıstana səfər edəcək

Dünya xəbərləri Materials 4 Fevral 2010 10:56 (UTC +04:00)
Bu gün saat 18.30-da Astanaya Norveç Krallığının Vəliəhdi Hokon Maqnusun təyyarəsinin enməsi gözlənilir. Bu barədə Trend News-a QR XİN-nin mətbuat xidməti məlumat verib.
Bu gün Norveç vəliəhdi Qazaxıstana səfər edəcək

Qazaxıstan, Astana, 4 fevral / Trend , müxbir K.Konırova/

Bu gün saat 18.30-da Astanaya Norveç Krallığının Vəliəhdi Hokon Maqnusun təyyarəsinin enməsi gözlənilir. Bu barədə Trend -a QR XİN-nin mətbuat xidməti məlumat verib.

"Norveç Krallığının vəliəhdinin iştirakı ilə sabah səhər, yəni fevralın 5-də "Riksos" otelində biznes-forumun keçirilməsi planlaşdırılır. Saat 11-də isə qonaq Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşəcək",- QR XİN-nin mətbuat-xidməti məlumat verib.

Daha sonra Hokon Maqnusun Qumilyov adına Avrasiya Milli Universitetində professor heyəti və tələbələr qarşısında çıxışı planlaşdırılır.

Gün ərzində həmçinin Qazaxıstan Baş naziri Kərim Məsimovla görüş keçirilməlidir, ondan sonra birgə mətbuat konfransı keçirilməsi planlaşdırılır.

Qonağın səfəri "SYSLAB" işədüzəltmə mərkəzinə baş çəkməklə başa çatacaq. Hava limanından uçuş Astana vaxtı ilə saat 21.00- da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti