...

İsrail Suriya ilə üçüncü ölkənin vasitəçiliyi ilə danışıqlara hazırdır

Dünya xəbərləri Materials 4 Fevral 2010 18:13 (UTC +04:00)
İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı bildirib ki, bir ildən çoxdur dayandırılan İsrail və Suriya arasındakı sülh danışıqları üçün üçüncü ölkənin vasitəçiliyini qəbul etməyə hazırdır. Məlumatı DW-Welle ərəb redaksiyasının saytı yayıb.
İsrail Suriya ilə üçüncü ölkənin vasitəçiliyi ilə danışıqlara hazırdır

İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı bildirib ki, bir ildən çoxdur dayandırılan İsrailSuriya arasındakı sülh danışıqları üçün üçüncü ölkənin vasitəçiliyini qəbul etməyə hazırdır. Məlumatı DW-Welle ərəb redaksiyasının saytı yayıb.

"Netanyahu heç bir şərt olmadan Suriya ilə danışıqlara başlamağa hazır olduğunu bildirib, lakin təəsüf ki, Suriya bütün ölkələr üçün iqtisadi artım, sülh və təhlükəsizliyin təmin olunması üzrə maneələr yaradır", - İsrailin Baş nazirinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir.

Netanyahunun bəyanatı, Suriya Prezidenti Bəşşər əl-Əsədin İspaniyanın xarici işlər naziri Migel Anhel Moratineslə çərşənbə günü keçirilən görüşdə "İsrail Yaxın Şərqdə sülhə yox, müharibəyə sövq edir" deməsi fonunda səsləndirilib.

Türkiyənin vasitəçiliyi ilə İsrail-Suriya danışıqları İsrailin Qəzza sektorunda irimiqyaslı hərbi əməliyyatlara başlaması nəticəsində 2008-ci ilin sonunda dayanıb.

Suriya İsraildən sülh müqaviləsi imzalanmamışdan əvvəl 1967-ci il müharibəsi zamanı işğal olunmuş Qolan yüksəkliklərini qaytarmağı tələb edir.

Xəbər lenti

Xəbər lenti