...

İranda qar uçqunu nəticəsində 8 alpinist həlak olub

Dünya xəbərləri Materials 5 Fevral 2010 17:41 (UTC +04:00)
İranın Alpinizm Federasiyasının rəhbəri Mahmud Şüayi bildirib ki, bu gün Dizin regionunda Şimşək dağında qar uçqunu nəticəsində 8 alpinist həlak olub və hazırda bir qadının axtarışı davam etdirilir.
İranda qar uçqunu nəticəsində 8 alpinist həlak olub

İranın Alpinizm Federasiyasının rəhbəri Mahmud Şüayi bildirib ki, bu gün Dizin regionunda Şimşək dağında qar uçqunu nəticəsində 8 alpinist həlak olub və hazırda bir qadının axtarışı davam etdirilir. Məlumatı İRNA xəbər agentliyi yayıb.

Şüayi bildirib ki, 30 nəfərdən ibarət alpinist qrupu qar uçqunu altında qalıb. Onların əksəriyyəti xilas edilib.

Şüayi həmçinin əlavə edib ki, hadisə nəticəsində İranın tanınmış alpinisti Fərşad Xəlili də həlak olub.

Xəbər lenti

Xəbər lenti