...

Tbilisidə "Gürcüstanın Avropa yolu" 6-cı Beynəlxalq konfrans öz işinə başlayacaq

Dünya xəbərləri Materials 12 Fevral 2010 11:17 (UTC +04:00)
Tbilisidəki “Redisson” otelində “Gürcüstanın Avropa yolu” 6-cı Beynəlxalq konfrans fevralın 12-də öz işinə başlayacaq.
Tbilisidə "Gürcüstanın Avropa yolu" 6-cı Beynəlxalq konfrans öz işinə başlayacaq

Gürcüstan, Tbilisi, 12 fevral / Trend , müxbir N.Kirsxaliya/

Tbilisidəki "Redisson" otelində "Gürcüstanın Avropa yolu" 6-cı Beynəlxalq konfrans fevralın 12-də öz işinə başlayacaq.

Avropa inteqrasiyası üzrə Dövlət Nazirliyi aparatının məlumatına əsasən, konfransda Avropa qonşuluq siyasətinin həyata keçirilməsi prosesində əldə edilmiş tərəqqiyə, ölkədə baş verən demokratik isalahatlar, Rusiya-Gürcüstan müharibəsindən sonra çağırışlar, Avropa İttifaqı ilə azad ticarət haqqında müqavilə, əməkdaşlıq və digər aktual məsələlərə toxunulacaq.

Konfransın işində icraedici və qanunverici orqanların rəhbərləri, məhkəmə orqanlarının nümayəndələri, Aİ institutları, Gürcüstanda akkreditə olunmuş diplomatik korpus, Gürcüstan və xarici qeyri-hökumət təşkilatlarının nümayəndələri, KİV və akademik dairələr iştirak edəcəklər.

İlk belə konfrans Avropa İnteqrasiya üzrə Dövlət Nazirliyi aparatının təşəbbüsü ilə 2007-ci ildə keçirilib və bundan sonra müntəzəm olaraq ildə iki dəfə keçirilir.

Tədbir Aİ tərəfindən maliyyələşdirilir.

Xəbər lenti

Xəbər lenti