Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan Vaşinqtondan qayıdarkən Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında Ankaraya müzakirələr üçün gəldiyini bildirib. Məlumatı Türkiyənin CNN Turk telekanalı yayıb.
"Ankaraya müzakirələr üçün gəldim və müzakirələrin nə qədər davam edəcəyi məlum deyil", - Tan deyib.
Türkiyə səfiri onu da qeyd edib ki, ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin "erməni soyqırımı" nı qəbul etməsi səhv addımdır.