...

İranda zəlzələ baş verib

Dünya xəbərləri Materials 30 Mart 2010 10:51 (UTC +04:00)
Bu gün səhər İranın paytaxtı Tehranın şərqində yerləşən Firuzkuh şəhərində Rixter cədvəli üzrə 3,6 bal və İranın Fars əyalətinin Gəledar şəhərlərində isə 3,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend News İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.
İranda  zəlzələ baş verib

Bu gün səhər İranın paytaxtı Tehranın şərqində yerləşən Firuzkuh şəhərində Rixter cədvəli üzrə 3,6 bal və İranın Fars əyalətinin Gəledar şəhərlərində isə 3,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz birinci zəlzələnin yerli vaxtla saat 03:04-də, ikincinin isə saat 02:58-də baş verdiyini qeyd edib.

Məlumatda zəlzələ nəticəsində ölən və yaralananların olmadığı bildirilir. Ümumiyyətlə, İranda tez-tez güclü zəlzələlər baş verir. Son zamanlar ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində baş vermişdi. Zəlzələ nəticəsində 31 min insan ölmüş və palçıqdan tikilən qədim qala dağılmışdı.

Ölkədə ən dağıdıcı zəlzələ 1990-cı ilin iyun ayında Rixter cədvəli üzrə 7,7 bal gücündə baş vermiş zəlzələ hesab olunur. Zəlzələ nəticəsində 37 min insan həlak olmuş, Gilan və Zəncan əyalətlərində isə 100 mindən çox insan xəsarət almışdı.

Xəbər lenti

Xəbər lenti