...

İranlı diplomatı oğurlayan dəstəni ABŞ və İsrail kəşfiyyat orqanları dəstəkləyirdi - İranın milli təhlükəsizlik naziri

Dünya xəbərləri Materials 30 Mart 2010 15:56 (UTC +04:00)
İranın milli təhlükəsizlik naziri Heydər Müslehi bildirib ki, Pakistanın Pişəvər şəhərində oğurlanan iranlı diplomat Hişmətullah Əttarzadəni oğurlayan dəstə ABŞ və İsrail kəşfiyyat qüvvələri tərəfindən dəstəklənirdi.
İranlı diplomatı oğurlayan dəstəni ABŞ və İsrail kəşfiyyat orqanları dəstəkləyirdi - İranın milli təhlükəsizlik naziri

İranın milli təhlükəsizlik naziri Heydər Müslehi bildirib ki, Pakistanın Pişəvər şəhərində oğurlanan iranlı diplomat Hişmətullah Əttarzadəni oğurlayan dəstə ABŞ və İsrail kəşfiyyat qüvvələri tərəfindən dəstəklənirdi. Bu barədə İran televiziyasının rəsmi saytı "iribnews" məlumat verir.

Müslehi bu gün keçirdiyi mətbuat konfransında əlavə edib ki, iranlı diplomatın azadlığa buraxılması üçün aparılan əməliyyat "çox qarışıq və çətin" olub. Onun sözlərinə görə, bu əməliyyat ABŞ və İsrail kəşfiyyatını da təəccübləndirib.

Bu gün səhər İran KİV-ləri bu ölkənin Təhlükəsizlik Qüvvələrinin Pakistanın Pişəvər şəhərində oğurlanan iranlı diplomat Hişmətullah Əttarzadənin İrana qaytarılması və azad edilməsi ilə bağlı irimiqyaslı əməliyyat aparması barədə məlumat yayıb. 2008-ci ilin noyabrında Əttarzadə Pakistanın şimal-qərbində yerləşən Pişəvər şəhərində oğurlanıb. Diplomatın mühafizəçiləri öldürülüb. Əttarzadə İran konsulluğunun Pişəvərdəki ticarət attaşesi vəzifəsində çalışırdı. O, evdən işə yollanarkən oğurlanıb. Polisin məlumatına əsasən, hücum dörd silahlı şəxs tərəfindən həyata keçirilib.

Müslehi deyib ki, ABŞ və İsrail kəşfiyyatı regionun bəzi kəşfiyyat qüvvələri ilə sıx əməkdaşlıq edir. "İran bütün gücü ilə onların qarşısında dayanıb və onların planlarını pozacaq", - Müslehi deyib.

Müslehi iranlı diplomatın azadlığa buraxılması ilə bağlı aparılan əməliyyatın detallarının sonradan ictimaiyyətə çatdırılacağını bəyan edib.

Xəbər lenti

Xəbər lenti