...

"Cundulla" qruplaşmasının iranlı diplomatın oğurlanması ilə əlaqəsi yoxdur

Dünya xəbərləri Materials 31 Mart 2010 12:23 (UTC +04:00)
"Cundulla" təşkilatının 2008-ci ildə Pişəvərdə yüksək vəzifəli iranlı diplomatın oğurlanmasında əlaqəsi yoxdur. Bu barədə İranın Pakistandakı səfiri Maşallah Şakəri bildirib. Press TV məlumat verir.
"Cundulla" qruplaşmasının iranlı diplomatın oğurlanması ilə əlaqəsi yoxdur

"Cundulla" təşkilatının 2008-ci ildə Pişəvərdə yüksək vəzifəli iranlı diplomatın oğurlanmasında əlaqəsi yoxdur. Bu barədə İranın Pakistandakı səfiri Maşallah Şakəri bildirib. Press TV məlumat verir.

Hişmətullah Əttarzadə Niyaki 2008-ci il noyabrın 13-də Pakistanın Pişəvər şəhərindən İran konsulluğuna gedən yolda naməlum silahlı şəxslər tərəfindən oğurlanıb. Onun sürücüsü hücum zamanı öldürülüb.

Şakeri bildirib ki, ölkənin kəşfiyyat qüvvələri çərşənbə axşamı iranlı diplomatı xilas ediblər.

"İran kəşfiyyatının keçirdiyi uğurlu əməliyyat nəticəsində Əttarzadə sağ-salamat ölkəsinə qaytarılıb", - o bildirib.

Şakəri bu məsələyə dair daha ətraflı məlumat verməkdən imtina edib, ancaq bildirib ki, "İran təhlükəsizlik qüvvələri diplomatın azad edilməsini təmin ediblər; əslində bu, Pakistanın borcu idi".

Xəbər lenti

Xəbər lenti